İspaniyada yayımlanan izdivac proqramına qatılan qadın namizədin studiyada yatması ölkənin gündəmini zəbt edib.
7News.az Milliyet-ə istinadən xəbər verir ki, "Canal Sur" televiziyasında nəşr olunan "La tarde aquíy ahora" adlı evlilik proqramında özünə ər axtaran yaşlı qadın yuxuya gedib.
Aparıcı Juan Medio səs-küyə baxmayaraq yaşlı qadının oyanmadığını görüncə, studiyadakı işıqları söndürdüb. Ayrıca kameramanlardan, qonaqlardan və studiyada olan tamaşaçılardan bir müddətlik studiyadan çıxmaqlarını istəyib.
Ötən gecə rahat bir yuxu yatmaq üçün yuxu həbi aldığını deyən Eloisa adlı yaşlı qadın bu səbəblə bərk yuxuya getdiyini deyib.
7News.az










