Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
7news.Az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şıxlar kəndi ərazisində qeydə alınıb. Salyan rayon sakini Mübariz Kərimov idarə etdiyi "VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı Almara Kərimova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








