Səudiyyə Ərəbistanı Misirə neft ixracını dayandırıb.
Bu barədə Misirin Neft Nazirliyinin sözçüsü Hamdi Əbdüləziz məlumat verib.
Onun sözlərinə görə, Ərəbistanın "Aramko” dövlət neft şirkəti oktyabr ayında Misirə neft ixrac etməyəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistan kralı Salman bin Əbdüləziz əl Səudun bu ilin aprelində Misirə baş tutan səfəri zamanı 23 milyard dollarlıq anlaşma imzalanmışdı. Müqaviləyə əsasən, Ər-Riyad 5 il müddətinə hər ay 700 min ton neft məhsulu Misirə göndərməyi öz üzərinə götürmüşdü.
7News.az








