RU
Ər və arvad döyülərək xəstəxanalıq oldu
23:07
1053

Ər və arvad döyülərək xəstəxanalıq oldu

Beyləqanda ər-arvad həmkəndliləri tərəfindən döyülüb.

Hadisə rayonun Aşıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Ağayev Daşqın Yusif oğlu və onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Səfərova Xatirə İsmayıl qız Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Əli Məmmədovun verdiyi məlumata görə, hər iki zərərçəkənə ilkin tibbi yardım göstərilib. Həkimlər D. Ağayevə baş və alın nahiyəsinin əzilmiş-cırılmış, X. Səfərovaya isə bədənin müxtəlif nahiyələrində travmatoloji zədələr diaqnozu qoyub.

Zərərçəkənlər döyülmə faktı ilə bağlı rayon polis şöbəsinə müraciət ediblər./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ