RU
Ər və arvadı bayram gecəsi öldü - Bakıda faciə
19:06
714

Ər və arvadı bayram gecəsi öldü - Bakıda faciə

Bu gecə Bakıda ər və arvadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bayıl qəsəbəsi Litvin Babayev küçəsi 44 ünvanındakı fərdi yaşayış evində 1974-cü il təvəllüdlü Mustafayev Cavanşir Təyyar oğlu və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Mustafayeva Sevinc Yafəs qızı dəm qazından boğulublar. Onların meyitləri bu gün səhər saatlarında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır./lent.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ