Neftçala rayonunda ərin bıçaqlanması və həyat yoldaşının döyülməsi ilə nəticələnən hadisə baş verib.
Hadisə rayonun Şorkənd kəndində qeydə alınıb.
1969-cu il təvəllüdlü kənd sakini Füzuli Sahib oğlu Piriyev ailə münaqişəsi zəminində gəlininin əmisi tərəfindən bıçaqlanıb, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Şərafət Qurban qızı Piriyeva isə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır./azvision
7news.az








