İranın Ərdəbil vilayətində 7 məktəbin şagirdləri arasında zəhərlənmə qeydə alınıb.
7News.Az "Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə məlumatı Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədian açıqlayıb.
Məlumata görə, 108 şagird xəstəxanaya çatdırılıb.
O bildirib ki, sözügedən məktəblərdə şagirdlər qaz və yaxud buna bənzər qoxu hiss ediblər.








