RU
Ərdəbildə minlərlə insan ayağa qalxdı
12:28
25

Ərdəbildə minlərlə insan ayağa qalxdı

Ərdəbil şəhərində gecə saatlarında ABŞ-yə qarşı kütləvi etiraz aksiyası keçirilib.

Şəhər küçələrinə axışan minlərlə insan İran bayraqları ilə yürüş edərək rəsmi Tehrana dəstəklərini nümayiş etdirib.

Məlumata görə, aksiya iştirakçıları ABŞ-nin İrana qarşı endirdiyi zərbələrə etiraz edib, Vaşinqtona qarşı sərt şüarlar səsləndiriblər. Nümayişçilər ölkənin bu gərgin mərhələdə tək olmadığını bildirərək İran dövlətinin yanında olduqlarını vurğulayıblar. 

Gecə saatlarında keçirilən mitinq zamanı şəhərdə həm gərgin, həm də həmrəylik ab-havasının hökm sürdüyü qeyd olunur. Küçələrdə toplaşan insanlar ABŞ-nin hərbi siyasətinə qarşı açıq mövqe sərgiləyib, baş verən hadisələr fonunda milli birliyin vacibliyini ön plana çıxarıblar.

Ərdəbildə baş tutan bu aksiya İran daxilində anti-Amerika ovqatının daha da gücləndiyini göstərən növbəti kütləvi etiraz kimi qiymətləndirilir. /Musavat.com 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ