RU
Ərdoğan ABŞ-a gedir
11:10
562

Ərdoğan ABŞ-a gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. 

7News.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, səfər sentyabrın 25-də baş tutacaq. 

Səfər zamanı türk lider BMT Baş Assambleyasının iclasında iştirak edəcək. İclasda Ərdoğan Suriyadakı vəziyyət, miqrant böhranı və BMT-nin quruluşu ilə bağlı çıxış edəcək. 

Türkiyə və ABŞ arasında gərginliyin yaşandığı dövrdə baş tutan səfər çərçivəsində Ərdoğanın Trampla görüşüb-görüşməyəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ