RU
Ərdoğan anasının Belarusa qaçırdığı uşağı Lukaşenkodan istədi
21:40
398

Ərdoğan anasının Belarusa qaçırdığı uşağı Lukaşenkodan istədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Minskdə Belarus dövlət başçısı Aleksandr Lukaşenko ilə görüşüb.

Görüşdən sonra hər iki lider mətbuat konfransı keçirib.

Ərdoğan anası tərəfindən Belarusa qaçırılan Əkrəm adlı uşağın Türkiyəyə, atasına təhvil verilmə məsələsində həmkarından kömək istəyib.

"Əkrəm dəniz Göçen anası Alina Göçen tərəfindən atasının icazəsi olmadan Belarusa qaçırılıb. Mehmet Ağaç adlı vətəndaşımızın oğlu ilə şəxsi münasibəti mövzusunda yardımlarınızı gözləyirik. Bu məsələdə göstərəcəyiniz kömək bizi xoşbəxt edəcək”, - deyə Türkiyə prezidenti söyləyib.

Ərdoğan görüşdə həmçinin bildirib ki, o, Belarusa səfər edən ilk Türkiyə prezidentidir./qafqazinfo
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ