Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqınlara görə Avropanı yenə tənqid edib.
7News.Az “Posta” qəzetinə istinadən xəbər verir ki, R.T.Ərdoğan “CNN İnternational” telekanalına müsahibəsində Avropanın qaçqınlarla bağlı məsələyə daha həssas yanaşmasının vacibliyini deyib:
“Türkiyə indiyə kimi 2,2 milyon suriyalı üçün 8,5 milyard dollar xərcləyib.
Ümumi daxili məhsulu Türkiyədən daha çox olan ölkələr isə qapılarını qaçqınların üzünə bağladılar, “Egey və Aralıq dənizlərində boğulsunlar”, - deyirlər.
Avropanın qaçqınlarla bağlı məsələdə daha çox səy göstərməsi lazımdır. 2,2 milyon suriyalı Avropaya axın etsə, nə baş verəcək?”








