RU
Ərdoğan Bakıya
11:05
1059

Ərdoğan Bakıya

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

7News.Az xəbər verir ki, Ərdoğan aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ