RU
Ərdoğan Bakıya yox, Gəncəyə gəlir
19:50
451

Ərdoğan Bakıya yox, Gəncəyə gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana səfər edəcək.

Rəcəb Tayyib Ərdoğan Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.


Qeyd edək ki, Türkiyə prezidenti ötən ilin iyun ayının 12-də Bakıda səfər edib. Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Prezidenti həyat yoldaşı Əminə Ərdoğan, turizm və mədəniyyət naziri Ömer Çelik, müdafiə naziri İsmet Yılmaz, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılıç, keçmiş nəqliyyata, dənizçilik və rabitə naziri Binali Yıldırım, Prezidentin sözçüsü İbrahim Kalın, Anadolu xəbər agentliyinin rəhbəri Şenol Kazancı müşayiət edib.

Ərdoğan Bakıda Rusiya prezidenti Vladimir Putin ilə də görüşüb. Görüşdə diqqət çəkən məqam ondan ibarət idi ki, danışıqlar bağlı qapı arxasında keçirilib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ