RU
Ərdoğan: Bir azdan taxıl daşınması ilə bağlı dünyaya müjdə verəcəyik
17:40
233

Ərdoğan: Bir azdan taxıl daşınması ilə bağlı dünyaya müjdə verəcəyik

Bir azdan Dolmabağça ofisində Rusiya və Ukrayna heyətlərinin iştirakı ilə "Taxıl daşınması sazişi” imzalanacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, bu imzalama mərasimi ilə İstanbuldan dünyaya bir müjdə veriləcək.

Ərdoğan həmçinin deyib ki, bu saziş taxıl dəhlizi ilə bağlı problemləri aradan qaldıracaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ