RU
Ərdoğan:
17:41
480

Ərdoğan: "Bu hücum Ermənistanın çapını aşan bir hadisədir!" - VİDEO

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana hücumlarına münasibətini bildirib.

7News.Az-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə təcavüzkar ermənilərin hərəkətlərini qətiyyətlə pisləyib:

"Şübhəsiz ki, bu hücum Ermənistanın çapını aşan bir hadisədir".

Ermənistanla Azərbaycan arasında uzun müddət davam edən münaqişə barəsində danışarkən Ərdoğan bunları deyib:

"Əcdadın əsrlər boyunca yerinə yetirdiyi bu vəzifəni yenə yerinə yetirməyə davam edəcəyik. Dost və qardaş Azərbaycana qarşı Ermənistanın təcavüzünü qətiyyətlə pisləyirik. Vətəni uğrunda savaşan azərbaycanlı qardaşlarımızdan şəhid olanlarına rəhmət, yaralananlara şəfa diləyirəm".

O, bacardıqları qədər dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəklərini bildirib.

Ərdoğan bu gərginliyin Ermənistanın hücumları sonrası münaqişəyə çevrilməsindən narahat olduğunu da ifadə edib:

 
"Bu son hücum iki dövlət arasındakı sərhəddə ağır silahlarla edilib. Bu, birbaşa Azərbaycana qarşı edilmiş şüurlu hücumdur. Şübhəsiz, bu hücum Ermənistanın həddini aşan hadisədir. Məqsəd Dağlıq Qarabağın nizamlanması prosesinə əngəl yaratmaq və yeni münaqişə nöqtələri yaratmaqdır".

Ərdoğan Türkiyənin Azərbaycana edilən hücumlar qarşısında dayanacağını vurğulayıb:

"Bütün imkanlarımızı bu məsələyə səfərbər etmək boynumuzun borcudur".

Türkiyə prezidenti, həmçinin, Ermənistan hakimiyyətinin xalqını fəlakətə sürüklədiyini də bildirib:

"Öz torpağındakı siyasi, iqtisadi, koronavirusdan qaynaqlanan problemləri həll edə bilməyən bir ölkənin belə bir aqressiyası öz xalqına hörmətsizlikdir. İnanıram ki, gündəlik qazanc əldə etmək üçün Türkiyəyə gələn minlərlə erməni də Ermənistan hökumətinin bu təcavüzkar siyasətindən narahatdır".

Sonda Türkiyə lideri bölgədəki dövlətləri problemin həlli üçün bir an öncə ədalətli mövqe sərgiləməyə çağırıb.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ