RU
Ərdoğan: “Digər NATO üzv ölkələrinin etmədiyini Ukrayna üçün etdik”
21:48
644

Ərdoğan: “Digər NATO üzv ölkələrinin etmədiyini Ukrayna üçün etdik”

"Almaniya kansleri Olaf Şolts ilə Rusiya və Ukrayna ətrafında baş verənləri müzakirə etdik. NATO üzvü olan iki ölkə olaraq ortaq fikir və narahatlıqlarımızı təsdiqlədik. Daimi atəşkəSin əldə olunması üçün səylərimizi davam etdirəcəyik".

7NEWS.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə dostluq münasibətlərinin saxlanması lazım olduğu fikrini bildirib.

"Biz həm cənab Zelenski, həm də cənab Putinlə dostluğumuzu qorumalıyıq. Sanksiyalara gəlincə, BMT qaydaları çərçivəsində lazım olanı etdik. Rusiyaya baxmayaraq, NATO-ya digər üzv ölkələrin etmədiyini Ukrayna üçün etdik", - Türkiyə lideri əlavə edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ