Fransa prezidentinin onu hədəf alan sözlərindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə diqqət çəkən paylaşım edib.
7News.Az xəbər verir ki, R.T. Ərdoğan "Twitter" səhifəsində videolu paylaşım edərək bu sözlərə yer verib:
"Hazırladığınız bir qurd süfrəsi var. Bizləri yemək istəyirsiniz, amma biz sizin üçün böyük olarıq. Bizi yeyə bilməzsiniz".
Xatırladaq ki, Emanuel Makron Ərdoğana qarşı -"Biz avropalılar Türk xalqına yox, Ərdoğan hökumətinə qarşı açıq və sərt olmalıyıq", - sözlərini işlədib.








