RU
Ərdoğan gəlmir - İlham Əliyev təcili Ankaraya gedir
21:07
2395

Ərdoğan gəlmir - İlham Əliyev təcili Ankaraya gedir

İlham Əliyev Ankaraya səfər edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərini təxirə salıb. 

Bu barədə məlumatı Türkiyənin “Milliyet” qəzeti yayıb.

Bildirilir ki, Bakıda keçirilməsi planlaşdırılan Türkiy-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Ankarada baş tutacaq.

Bu barədə təklif isə məhz Azərbaycan prezidenti İlham Əliyevdən gəlib.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə bu təklifə görə Azərbaycan prezidentinə öz təşəkkürünü bildirib, qəzet yazır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ