RU
Ərdoğan İlham Əliyevə zəng etdi
13:40
506

Ərdoğan İlham Əliyevə zəng etdi

Azərbaycan Prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə prezidenti “Günəşli” yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına, mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ