RU
Ərdoğan:
18:52
438

Ərdoğan: "İlin sonunadək gözləyəcəyik, sonra isə..."

Ankara ilin sonunadək Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların nəticəsini gözləyəcək. Nəticə olmayacağı təqdirdə bu məsələ xalq səsverməsinə çıxarılacaq.

7News.az-ın məlumatına görə, bu açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Onun sözlərinə görə, Türkiyənin Aİ-yə qəbul olunması ilə bağlı referendum 2017-ci ildə keçirilə bilər.

R.T.Ərdoğan deyib ki, Aİ danışıqlar müddətini uzatmaqla Türkiyəni özündən uzaqlaşdırır.

Türkiyə prezidenti bildirib: "Əgər Avropa İttifaqı Türkiyəni öz sıralarına qəbul etmək istəmirsə, bunu açıq deməlidir"./trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ