RU
Ərdoğan: “İranı müdafiə etdik, Qərblə danışığa getdilər”
22:25
895

Ərdoğan: “İranı müdafiə etdik, Qərblə danışığa getdilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Yaxın Şərqdə məzhəb ayrı-seçkiliyi yaratdığını açıqlayıb.

7news.az  xəbər verir ki, Ərdoğan nüvə problemi zamanı Tehranı müdafiə etdiklərini xatırladaraq, indi bunun qarşılığını görmədiklərini etiraf edib:

“Nüvə enerjisi məsələsində dünyada yalnız qaldıqları zaman Türkiyə olaraq nələr etdiyimizi hər kəs bilir. Braziliya ilə bərabər bu layihəyə sahibləndilər. Mahmud Əhmədinejada da demişdim. O dövrdə İranın yanında yer alaraq təkliyini aradan qaldırdıq. Daha sonra nə oldu? Nüvə problemi ilə bağlı Qərb ilə danışıqlara getdilər, müəyyən bir nöqtəyə gəldilər. Hal-hazırda İranın İraqda, Suriyada, Yəməndə məzhəbçi yanaşmasını doğru hesab etmirik. İranlılara həmişə demişəm: nə sünni, nə də şiə, islam və islam. Hadisəyə belə baxmaq lazımdır. Biz məzhəb savaşında olmaq istəmirik”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ