Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniya televiziyasında haqqında satirik şeir oxumuş komediyaçını məhkəməyə verir.
7News.Az xəbər verir ki, komediyaçı Jan Boehmermann efirdə Türkiyə liderini “peşəkar idiot” adlandırıb, onun heyvanlarla cinsi əlaqəyə girdiyini iddia edib. Martın 31-də Almaniyanın ZDF televiziyasında yayımlanan bu veriliş Berlinlə Ankara arasında diplomatik mübahisə yaradıb.
Azadliq.org xəbər verir ki, Türkiyə hökuməti daha öncə də bu şeiri qəbuledilməz adlandırıb, Boehmermann-ın cəzalandırılmasını tələb edib. Müstəntiqlər artıq 20-dən çox adamın şikayəti əsasında komediyaçı və ZDF kanalına qarşı “xarici dövlət orqanları və təmsilçilərinin təhqir olunması” ittihamıyla təhqiqata başlayıb.
Almaniya hökumətinin sözçüsü Steffen Seibert aprelin 11-də deyib ki, söz azadlığı danışıqlar predmeti olmayan hüquqdur.
7News.Az








