Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub.
7NEWS.Az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə məlumat verib.
"Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb. "Omikron” variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”, - Prezident bildirib.
7NEWS.Az







