Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dənizdə bataraq həyatını itirən 3 yaşlı suriyalı körpə Aylan Kurdinin atasına telefonla zəng edərək acısını bölüşüb.
Ərdoğan Aylan Kurdinin atası Abdullah Kurdinin iki uşağını və həyat yoldaşını itirdiyi faciədən dərindən kədərləndiyini bildirib.
"O iki körpə sizin balanız olduğu kimi, bizim də balamızdır. Eyni şəkildə xanımınız da bizim bacımızdır. Kaş Avropaya getmək üçün o dənizə çıxamasaydınız, sizləri ölkəmizdə qonaq etmiş olsaydıq."
Suriya və İraqdan ərəb, kürd, yezidi və türkmənlərin də aralarında olduğu təxminən 2 milyon qaçqınını Türkiyədə qonaq qəbul etdiklərini xatırladan Ərdoğan, Kurdinin vətəni Kobaniyə də yardım etdiklərini qeyd edib.
7news.az











