Martın 21-nin Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə Novruz Bayramı Günü kimi qeyd edilməsi təklif olunub.
Bu təkliflə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında çıxış edib.
Onun sözlərinə görə, rəsmi Ankara Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna (TÜRKSOY) müşahidəçi ölkə kimi qatılmasını təşviq edir:
"Bu gün Macarıstan TDT ilə Avropa ölkələri arasında münasibətlərin inkişafına böyük töhfə verir. Fikrimcə, TDT-nin büdcəsini iki dəfə artırmaq mütləqdir. Eyni zamanda Özbəkistanın da TÜRKSOY-a üzv qəbul edilməsi çox önəmlidir”.








