RU
Ərdoğan Maykl Penslə görüşə razılıq verdi
21:07
204

Ərdoğan Maykl Penslə görüşə razılıq verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşəcək.

7NEWA.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, Ərdoğan ABŞ nümayəndə heyətini sabah qəbul edəcək. 

Ərdoğan daha əvvəl ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşmək fikrində olmadığını demişdi. Qeyd etmişdi ki, onlarla Türkiyənin vitse-prezidenti Fuat Oktay və xarici işlər naziri Mövlud Çavuşoğlu görüşəcək. Özü isə görüş üçün prezident Donald Trampı gözlədiyini vurğulamışdı. 

Buna baxmayaraq, Ağ Ev bəyan edib ki, oktyabrın 17-də Pensin Ərdoğanla ikitərəfli görüşü planlaşdırılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ