RU
Ərdoğan:
01:36
382

Ərdoğan: "Ümidimizi heç vaxt itirməyəcəyik"

İslam dünyasının başına bəla olan terror qruplarının Mövlanənin sevgisindən bəhrələnmədiyi açıq-aydındır.

7news.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İŞİD-in verdiyi zərəri çox az düşmən edə bilib. Bunlar islamın ən böyük düşmənləridir. Şirin və acı su bir-birinə oxşaya bilər. Amma aralarındakı fərqə diqqət edin. Bu terrorçu qrupları da din adından istifadə edə bilər. Ancaq həqiqəti heç nə dəyişdirə bilməz. Nəyi itirsək belə, vicdanımızı itirməyəcəyik. Əlimizdəki suyu ağaclara verməyə davam edəcəyik. Ümidsizliklə inam bir yerdə ola bilməz. Müsəlman olaraq ümidimizi heç vaxt itirməyəcəyik”, - deyə Ərdoğan bildirib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ