Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki 23 aprel Milli Suverenlik və Uşaq Bayramı ilə bağlı tərbiri yarımçıq tərk edib.
Prezident bunu İstiqlal Marşını oxumayan HDP-li millət vəkili Pərvin Buldana reaksiya olaraq edib.
Millət vəkilinin məruzəsi zamanı salonu tərk edən Ərdoğan çıxışda bununla bağlı açıqlama verib: "Necə ayrılmayaq? İstiqlal Marşını oxumayanları, "Mehmetçik”i şəhid edənləri, onlarla çiyin-çiyinə verənlərimi dinləyək?”/publika
7News.Az








