RU
Ərdoğan müsəlman olan amerikalı aktrisa ilə görüşdü - Fotolar
01:35
364

Ərdoğan müsəlman olan amerikalı aktrisa ilə görüşdü - Fotolar

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla amerikalı aktrisa Lindsey Lohanı Prezident Sarayında qəbul edib.

Görüşdə Suriyanın Hələb şəhərində baş verən qətliamı anası ilə birlikdə sosial şəbəkə vasitəsilə dünyaya çatdıran 7 yaşlı Bana əl-Abedi də iştirak edib.

Mətbuata qapalı keçirilən görüşdə 30 yaşlı aktrisa Ərdoğan cütlüyünə "Dünya 5-dən böyükdür” nişanını taxıb.

Qeyd edək ki, islam dinini qəbul etdiyi deyilən aktrisa bir müddət öncə İnstaqram hesabındakı bütün şəkilləri silərək adının yanına "Alaikum salam” ifadəsini yazıb.

Xristian ailəsində dünyaya göz açan Lohan bundan öncə bir neçə fərqli dinlərə sitayiş edib. 2016-cı ildə Türkiyənin Qaziantep şəhərinə səfər edib burada suriyalı ailələrlə görüşən aktrisa başörtüyü ilə də müzakirələrə səəb olmuşdu./qafqazinfo
 
7news.Az


 

Ərdoğan müsəlman olan amerikalı aktrisa ilə görüşdü - Fotolar
Ərdoğan müsəlman olan amerikalı aktrisa ilə görüşdü - Fotolar
Ərdoğan müsəlman olan amerikalı aktrisa ilə görüşdü - Fotolar
Ərdoğan müsəlman olan amerikalı aktrisa ilə görüşdü - Fotolar



 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ