RU
Ərdoğan NATO sammitinə qatılmaq üçün Brüsselə gedib
23:25
1068

Ərdoğan NATO sammitinə qatılmaq üçün Brüsselə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin fövqəladə zirvə toplantısına qatılmaq üçün Belçikanın paytaxtı Brüsselə yola düşüb.

Bu barədə 7NEWS.Az "TRT Haber”ə istinadən xəbər verir.

Türkiyə Prezidentini səfərdə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, AKP-nin sədr müavini və partiya sözçüsü Ömər Çelik və partiyanın digər rəsmiləri, Türkiyənin NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri müşayiət edir.

O, həmçinin NATO Sammitində müxtəlif danışıqlar aparacaq.

Ərdoğanın sammit çərçivəsində bəzi dövlət və hökumət başçıları ilə də müzakirələr aparması planlaşdırılır.

Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi sammitdə NATO-nun çəkindirmə və müdafiə strukturunun gücləndirilməsi tədbirləri nəzərdən keçiriləcək.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ