Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan parlamenti buraxmağı və növbədənkənar seçkiləri keçirməyi planlaşdırmır.
7News.az "Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirin müavini Mehmet Şimşək bildirib.
"Seçkilər 2019-cu ilin noyabrında keçiriləcək”, - Şimşək agentliyə deyib.
Qeyd edək ki, dünən Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyib.
7News.az








