RU
Ərdoğan-Putin görüşünün detalları
15:14
1176

Ərdoğan-Putin görüşünün detalları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin avqustun 9-da Sankt-Peterburqda baş tutacaq görüşdə bir sıra iqtisadi və siyasi məsələləri müzakirə edəcəklər.

 

7news.Az xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Administrasiyadan qeyd ediblər ki, müzakirə edilməsi planlaşdırılan məsələlər sırasında Suriyada terror təşkilatları ilə mübarizə məsələsi də var: "Həmçinin, Rusiya və Türkiyənin birgə enerji layihələrinin müzakirə edilməsi gözlənilir. Tərəflər Ankara və Moskva arasında əlaqələrin gələcək inkişaf yollarını da müzakirə edəcəklər".

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ