RU
Ərdoğan Putinə təşəkkür etdi
22:40
773

Ərdoğan Putinə təşəkkür etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə və Rusiya arasında çarter uçuşlarının bərpa olunmasına görə rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını bildirib.  

7news.Az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin Çində başlayan "Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Ərdoğanla keçirdiyi görüşün əvvəlində birinci çarter reysinin sentyabrın 2-də baş tutduğunu xatırladıb.    

"Mən, ilk öncə, təşəkkür etmək istəyirəm. Bəli, həqiqətən, çarter uçuşları bərpa olunub, ilk reys dünən həyata keçirilib”, - deyə Ərdoğan bildirib.  

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ