RU
Ərdoğan Putinlə görüşünü Nazirlər Kabineti ilə müzakirə edəcək
12:01
501

Ərdoğan Putinlə görüşünü Nazirlər Kabineti ilə müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin üzvləri ilə rusiyalı həmkarı Vladimir Putinin ölkəyə planlaşdırılan səfərini müzakirə edəcək.

Bu barədə Türkiyənin "Star” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Hökumətin iclası avqustun 7-də, bazar ertəsi keçiriləcək. İclasda Ərdoğan hökumət üzvlərilə Rusiya prezidenti ilə son telefon danışığını müzakirə edəcək, həmçinin "taxıl sazişi” ətrafında yaranmış vəziyyətə toxunacaq.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə prezidentlərinin görüşünün yeri və dəqiq tarixinin diplomatik kanallar vasitəsilə razılaşdırılacağını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ