RU
Ərdoğan qəzəbləndi — “ABŞ hökuməti məsuliyyət daşıyır!”
11:20
327

Ərdoğan qəzəbləndi — “ABŞ hökuməti məsuliyyət daşıyır!”

"ABŞ hökuməti Türkiyə ilə yaranmış problemlərə görə günahkardır. Ankara və Vaşinqton arasında yaranan viza böhranına görə onlar məsuliyyət daşıyırlar”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iki ölkə arasında yaranmış problemə görə Amerika günahkardır.

"Problemin yaranmasında ABŞ hökuməti günahkardır. Bizim səfir bu cür etsəydi, onu bir dəqiqə də olsun vəzifədə saxlamazdım. Biz Con Bassı ABŞ təmsilçisi kimi qəbul etmirik. O, səfir kimi bir dəqiqə də olsun ölkəmizdə qalmamalıdır. Biz onun vida səfərlərini qəbul etməyəcəyik”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, ABŞ hökuməti oktyabrın 8-dən Türkiyədən edilən viza müraciətlərini təxirə salıb. Bu barədə ABŞ-ın səfiri dünən Tvitter hesabında açıqlama verib. Açıqlamada deyilir: "Türkiyədəki bütün ABŞ diplomatik korpuslarındakı miqrant olmayan viza xidmətləri ləğv edilib”.

Bundan sonra Türkiyənin xarici işlər üzrə müşavir ABŞ səfiri ilə telefonda danışıb. Bundan başqa, dünən axşam saatlarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-dan olan həmkarı Reks Tillerson arasında telefon danışığı olub. Danışıqlardan sonra Türkiyə də ABŞ kimi eyni addımı atıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdə olarkən hadisə barədə ilkin açıqlama verib: "Amerika Birləşmiş Ştatları Türkiyə Respublikasının vətəndaşlarına verilən vizaları müddətsiz olaraq dayandırıb. Türkiyə bu qərara çox üzülüb. Bu barədə xəbəri mənə xarici işlər nazirimiz bildirdi. Amerika Birləşmiş Ştatları Türkiyə Respublikasının vətəndaşlarına verilən vizaları müddətsiz olaraq dayandırıb. Biz də bununla bağlı ABŞ hökumətinə müraciət etdik. Xarici işlər nazirlərimiz danışdılar. Danışığın ardından biz də eyni addımı atdıq”./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ