Uğur Akkuşla evlənən keçmiş model Ebru Şallı toyuna Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı da dəvət edibmiş.
7News.Az "Ölkə.Az”-a istinadla xəbər verir ki, prezident 2 gün öncə keçirilən toya gəlməyib, ancaq təbrik məktubu göndərib.
Ərdoğan modelə uzunömürlü və xoşbəxt evlilik arzulayıb.
E.Şallı prezidentin məktubunu sosial şəbəkədə paylaşıb və təşəkkür edib.









