İŞİD-in Suriyadan Türkiyəyə göndərdiyi neft daşıyan yük maşınları Rusiya tərəfindən məhv edildiyi üçün Türkiyəyə məxsus “F-16” tipli təyyarə rus qırıcısını vurub. Suriyadan daşınan neftin hamısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlunun şirkəti nəzarət edir.
Bu barədə Suriyanın informasiya naziri Omran Az-Zoubi bildirib.
“Tədarük olunan neftin hamısı Rəcəb Tayyib Ərdoğanın oğluna məxsus şirkətə daşınıb. Rusiya isə İŞİD-in yanacaq infrastrukturuna zərbələr endirərək neftlə dolu 500-dən çox yük maşının məhv edib ki, bu da Türkiyənin ciddi narahatlığına səbəb olub. Bu Bilal Ərdoğan və onun şirkətini qıcıqlandırıb. Onlar Suriyadan neftlə yanaşı buğda və tarixi əşyalar da çıxardırlar”, - deyə suriyalı nazir qeyd edib.
Rəsmi Ankaranın Rusiyaya məxsus “Su-24” tipli təyyarəni ölkə sərhədlərini pozduğuna görə vurulması versiyasına gəldikdə isə Əz-Zoubi qeyd edib: “Xəbərdarlıqsız Suriya hava məkanında rus təyyarəsinin vurulması növbəti dəfə Türkiyənin yalan danışdığını göstərir. Əvvəlcə onlar rus təyyarəsinə 10 dəfə xəbərdarlıq etdiklərini, daha sonra isə “Su-24” tipli qırıcının Türkiyə ərazisində cəmi 17 saniyə olduğunu bildirdilər. 17 saniyə ərzində 10 dəfə xəbərdarlıq göndərmək texniki cəhətdən mümkün deyil”, - deyə rəsmi vurğulayıb./azvision
7news.az








