Türkiyə Mosulun İŞİD silahlılarından azad edilməsi əməliyyatında iştirak etmək niyyətindədir.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, əgər rəsmi Vaşinqton və Bağdad türk hərbçilərinin köməyindən imtina etsə, o zaman Türkiyə "B" planını həyata keçirəcək.
Oktyabrın 13-də Türkiyə prezidentinin mətbuat katibi rəsmi Ankaranın Mosulun azad edilməsi əməliyyatının mənfi təsirindən, minlərlə qaçqının Türkiyə sərhədinə axışması ehtimalından ehtiyatlandığını ifadə edib. /apa
7news.Az








