RU
Ərdoğan:
10:00
74

Ərdoğan: "Türkiyədə COP31-in keçirilməsi gələn ilin noyabr ayına planlaşdırılır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) 2026-cı ilin noyabr ayında keçiriləcəyini bəyan edib.

7News.Az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Yohannesburqda (CAR) keçirilən G20 sammitinin sessiyasında çıxış edərkən bildirib.

Türkiyə lideri ölkəsində bərpaolunan enerji mənbələrinə keçid prosesinə, həmçinin "Sıfır tullantı" təşəbbüsünə diqqət çəkib.

Qeyd edək ki, Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum COP31 konfransının özünün Antalyada, COP31 Liderlər Sammitinin isə İstanbulda təşkil ediləcəyini açıqlayıb.

M.Kurum əlavə edib ki, Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətini, hər platformada beynəlxalq əməkdaşlığa səmimi yanaşması ilə nümayiş etdirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ