RU
Ərdoğan Türkiyədə səfərbərlik elan etdi — VİDEO
23:09
437

Ərdoğan Türkiyədə səfərbərlik elan etdi — VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə səfərbərlik elan edib.
 
Bu barədə Türkiyə prezidenti bələdiyyə sədrləri ilə görüşündə deyib:
 
"Bütün vətəndaşlarımıza səslənirəm. Konstitusiyanın 104-cü maddəsini rəhbər tutaraq, İŞİD, PKK, Fətullahçı və bütün terror təşkilatlarına qarşı səfərbərlik elan edirəm. Bütün təhlükəsizlik qüvvələrinə səslənirəm. Terror təşkilatlarına qarşı mübarizədə dövlətimiz və millətimiz sizin yanınızdadır. Bundan sonra terrorçuları dəstəkləyənlərin heç birinə rahatlıq olmayacaq".
 
Ölkə başçısı deyib ki, bu bizim gəmimizdir. Biz gəmimizə edilən hər hücumu dəf etməyə haqqımız var.
 
"Terrorçular küçədə partlayış edirlərsə, demək məqsədləri qan tökməkdir. Güllə adres soruşmaz. Bomba da ünvan soruşmaz. Bu terrorla mübarizə aparmalıyıq”, - deyə Ərdoğan bildirib./olke.az
 
7news.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ