RU
Ərdoğan və Putin Fransaya gedir
09:46
308

Ərdoğan və Putin Fransaya gedir

Parisdə dünya liderlərinin iştirak edəcəyi BMT İqlim Dəyişikliyi Konfransı başlayır.

Bu gün 21-ci BMT İqlim Dəyişikliyi Konfransı başlayacaq. ANS RESS-in məlumatına görə, konfrans Fransanın paytaxtı Parisdə keçiriləcək.

Konfrans dekabrın 11-dək davam edəcək. Burada 195 ölkənin dövlət və hökumət rəhbərləri dəvət olunub.

 

Azərbaycanın dövlət başçısı İlham Əliyevin də Fransaya gedəcəyi açıqlanmışdı. Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bu barədə məlumat vermişdi. O, səfərin məqsədinin Birləşmiş Millətlər Təşkilatının 2-ci konfransında iştirak etmək olduğunu deyib.

Bu noyabr ayı ərzində İlham Əliyevin Fransaya ikinci səfəri olacaq.

Bu səfər çərcivəsində Azərbaycan prezidentinin erməni həmkarı ilə görüşəcəyi barədə məlumatalar mətbuatda öz əksini tapmışdı. İlk öncə prezidentlərin görüşünün dekabrın 1-də Parisdə baş tutacağı bildirilirdi.
Lakin Ermənistanın "Qraparak" qəzeti İlham Əliyev və Serj Sarkisyanın gələn aya nəzərdə tutulan görüşünün tarixi və yeri dəyişdirilməsi barədə məlumat yayıb.

"Qraparak" qəzetinə Ermənistanın Xarici İşlər Nazirliyindəki (XİN) mənbə bildirib ki, “Paris bu görüşün keçirilməsi üçün uyğun məkan deyil”.
Qəzet yazır ki, dəyişikliklər Parisdə baş verən son terror hadisələrindən sonra qərara alınıb.

BMT konfransının ən diqqətçəkən məqamı isə son zamanlar münasibətləri gərginləşən Rusiya və Fransa olacaq. Hər iki ölkə prezidenti - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin də tədbirə qatılması nəzərdə tutulur. Konfrans çərçivəsində iki ölkə prezidenti arasında görüş keçiriləcəyi istisna edilmir.

İki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb Suriya ilə sərhəddə Türkiyənin Rusiyaya məxsus "Su-24" hərbi təyyarəsini vurması olub. İnsidentdən sonra iki ölkə arasında böhran başalayıb. Hər iki ölkənin Xaraici İşlər Nazirliyi vətəndaşlarına xəbərdarlıq edərək səfərlərdən çəkinməyi məsləhət görüb.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin

Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.
Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb.
Rusiya vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə çağrılıb./anspress

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ