Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasında səfərdə olub.
Ərdoğan səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Ərdoğan ilə Putinin görüşü təxminən 1 saat 10 dəqiqə davam edib.
İki lider Moskva Mərkəz Məscidinin açılışından sonra Kremlin Sarayında jurnalistlərin qarşısına çıxıb, onların suallarını cavablandırıblar.
Türkiyə prezidenti çıxışında Moskva Mərkəz Məscidinin bərpası ilə ortaya möhtəşəm bir əsər çıxdığını qeyd edib.
Ərdoğan Türkiyə ilə Rusiya ikitərəfli əlaqələrinin son on ildə əhəmiyyətli nöqtəyə gəldiyini bildirib:
"2014-cü ildə iki ölkə arasındakı ticarət həcmi 31 milyard dollar təşkil edib. Bu ilin ilk altı ayında 11 milyard dollara çatıb. Bizim hədəfimiz isə 100 milyard dollardır. 2020-ci ildə yeni planımızın baş tutacağına inanıram. Ümid edirəm ki, bunu da bacaracağıq".
"Təmaslarımız ən yüksək səviyyədə davam edir"
Rusiya dövlət başçısı Vladimir Putin də Mərkəz Məscidi açılış mərasiminə qatılmasına və inşaata etdiyi dəstəyə görə Ərdoğana təşəkkür edib.
Rus lider ikili əlaqələri və beynəlxalq məsələləri müzakirə üçün bu səfərin bir fürsət olduğunu vurğulayıb.
Türkiyə ilə Rusiyanın ən yüksək səviyyədə davamlı görüşləri olduğunu bildirib.
Putin hökumətlərarası dialoqun yanında parlamentlər arasında da əlaqələrin davam etdiyini qeyd edib./qafqazinfo
7news.az








