Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Dini Şuranın iclasında çıxışı zamanı ölkədə qiyamçıları vaxtında aşkar edə bilmədiyi üçün xalqdan üzr istəyib.
O, qiyamçıların qarşısı alınmayacağı təqdirdə ölkənin ağır itkilərə məruz qala biləcəyini söyləyərək satqınların əsl üzünün vaxtından qabaq açılmamasından kədərləndiyini ifadə edib.
"Bilirəm ki, bunlara görə həm Allah, həm də xalq qarşısında cavabdehik. Qoy onlar bizi bağışlasınlar”, - deyə Ərdoğan bildirib./olke.az
7news.Az








