RU
Ərdoğan yazıçı Elçinə “Necip Fazıl” mükafatını verib
22:20
1482

Ərdoğan yazıçı Elçinə “Necip Fazıl” mükafatını verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı yazıçı Elçin Əfəndiyevə Türkiyənin ədəbiyyat sahəsində olan "Necip Fazıl” mükafatını təqdim edib.

7NEWS.Az xəbər verir ki, mükafatlandırma mərasimi İstanbulun Atatürk Mədəniyyət Mərkəzində baş tutub.

"Bu mükafatın Türkiyə-Azərbaycan dostluğu və həmrəyliyinin dünyada örnək olduğu bir zamanda verilməsinin fərqli bir mənası var. Əfəndiyev qardaşımızın əsərləri və varlığı ilə bu dostluğun mədəniyyət və elm sahələrində bayraqdarlarından biri olmağına davam edəcəyinə inanır, onu təbrik edirəm”, - Türkiyə Prezidenti bildirib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ