RU
Ərdoğana sadiq türkiyəli polkovnik özünü başından güllələdi
22:00
3582

Ərdoğana sadiq türkiyəli polkovnik özünü başından güllələdi

Zabit qiyamçıların planlarının qarşısını ala bilməməsindən mənəvi sarsıntı keçirib.

Türkiyə Silahlı Qüvvələrinin polkovik-leytenantı uğursuz hərbi çevrilişdən sonra intihar edib.

Bu barədə Haber Turk qəzeti yazır.

Levent Öndərin cəsədi Türkiyənin cənub-şərqində, Siirt vilayətində yaşadığı evdə tapılıb. 

“Qiyamdan sonra zabit depressiyaya düşmüşdür. O, qiyamçıların planlarının qarşısını ala bilməməsində özünü günahkar hesab edirdi”, - vilayət prokurorluğunun məlumatında bildirilir.

Nəşr qeyd edir ki,  3-cü Desant Briqada Komandanlığının qərargah rəisinin müavini, polkovnik-leytenant Levent Öndər bu gün səhər saatlarında şəxsi tapançasından atəş açaraq özünü öldürüb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ