RU
Ərdoğandan Putinə sərt ittiham
13:07
946

Ərdoğandan Putinə sərt ittiham

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Antalyada görüşəcək.

Bununla bağlı Ərdoğan CNN kanalına müsahibəsində bildirib.  Onun sözlərinə görə, "Böyük iyirmilik" liderlərinin zirvə toplantısı çərçivəsində keçiriləcək görüşdə Suriya böhranı əsas müzakirə məsələsi olacaq. Ərdoğan Rusiyanın Suriyada müxalifləri vurmasını tənqid edib: "Rusiyanın Suriyadakı müxalifləri vurması doğru deyil. Bu, Suriyanın daixli məsələsinə qarışmaqdır. Əsas hədəf İŞİD olmalıdır. Bəziləri Türkiyəni İŞİD-lə döyüşən kürdləri hədəf almaqda günahlandırır. "Əl-Nusra" Cəbhəsi də İŞİD-lə döyüşür. Buna görə onlarla yaxşı davranmalı deyilik. Yaxşı və ya pis terrorçu yoxdur". /teleqraf

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ