Prezident Rəcəb Tayyib Ərdoğan Tekirdağ əyalətində baş vermiş qatar qəzası ilı bağlı münasibət bildirib.
7news.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident 10 nəfərin öldüyü, 73 nəfərin isə yaralandığı qəza haqda bunları deyib:
"Qəza hər detalınadək araşdırılır. Baş vermiş hadisə millət olaraq hər birimizə pis təsir edir. Qəzada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm".
7news.Az








