Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürməsi qərarını dəyərləndirib.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan "Özümüzü 2-ci Dünya Müharibəsi öncəsinin qaranlıq günlərindəki kimi hiss etməkdən saxlaya bilmirik" deyib. ABŞ-ın münaqişənin həllinin deyil, problemin bir parçası olmağı seçdiyini bildirən Ərdoğan Trampın rəhbərlik etdiyi hakimiyyətin Yaxın Şərqdə barış müddətindəki vasitəçilik rolunu itirdiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, bu gün ABŞ-ın İsraildəki səfirliyi Təl-Əviv şəhərindən Qüdsə köçürülür. Səfirliyin açılışına Donald Tramp qatılmayacaq.
7news.Az








