15 iyul hərbi çevriliş cəhdi ilə əlaqədar Hərbi Hava Məktəbinin tələbələri barəsində başlanan istintaq tamamlanıb.
7news.Az Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq 15 iyul gecəsi qiyamçı hərbçilərin "Yurdda Sülh Şurası”ndan kənarda bir-birləri ilə ünsiyyət saxladığı yeni bir "Whatsapp” qrupunu ortaya çıxıb.
Bu qrupun adının "Canavar Məclisi” olduğu müəyyən edilib.
İstanbul Respublika Baş prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən hazırlanan 181 səhifəlik iddianamədə 75 nəfər barəsində 3 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası istənilib.
7news.Az








