RU
Ərdoğanı əməliyyat masasında öldürmək istədilər
15:31
1101

Ərdoğanı əməliyyat masasında öldürmək istədilər

Əvvəllər FETÖ-çü olmuş, lakin 15 iyul çevriliş cəhdindən sonra etirafçı olaraq bəzi qaranlıq məqamlara aydınlıq gətirən Hüseyin Sarıçiçək şok açıklama verib.

7News.az bildirir ki, o deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ baş nazir olduğu günlərdə öldürülməsi planlaşdırılmışdı.

"Rəcəb Tayyib Ərdoğan səhhətində yaranmış bir problemlə bağlı Türkiyədə əməliyyat olunmalıydı. Əməliyyat zamanı FETÖ ilə əlbir olan həkimlər onun əməliyyatdan sağ çıxmaması tapşırığını almışdılar. Ərdoğanın son anda əməliyyatdan vaz keçməsi FETÖ-çuların planlarını alt-üst edib", - deyə Sarıçiçək bildirib./ölkə.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ